Aprel ayının 6-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə seçicilərinin qəbulunu keçirib.
"Unikal" xəbər verir ki, Ismayıllı şəhərində yerləşən ofisində keçirilən qəbulda 30-a yaxın seçici iştirak edib. Seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələ yerində həllini tapıb. Həmçinin sosial və digər məsələlərlə bağlı müraciətlər də çoxluq təşkil edib. Deputatın səlahiyyətinə aid olmayan məsələlər qeydiyyata alınıb və əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.
Sakinlərə dəstək olaraq müvafiq humanitar yardımların davam etdirilməsi nəzərdə tutulub.