Abşeron çimərliklərində iyulun 16-na gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Abşeron çimərliklərində zəif cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-29 dərəcə isti olacaq.