Niderland millisinin əfsanələrindən sayılan Uesli Sneyderin oğlu Cessi ölkəsinin “Utrext” komandası ilə müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, 18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilədək müqavilə bağlanılıb.

O, ötən mövsüm “Utrext”in U-19 komandasında çıxış edib.