Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" xəbər verir ki, Venesuela millisinin üzvü Freddi Varqas komandaya cəlb olunub.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.

O, Venesuela milli komandasında 3 oyun keçirib.