Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı yerli "Çorum" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv daha əvvəl keçirdiyi sınaq görüşlərində Bakıda “Qarabağ”a 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”nə 2:1, İordaniyanın “Əl-Hüseyn” komandasına 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.