“PashaHolding” Məhdud Məsuliyyətli Cəmiyyətin strateji aktivi olan “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti  Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının Maliyyə-İqtisad fakültəsinin tələbələri ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, görüşün məqsədi, tələbələrə şirkətin yeni layihəsi ilə əlaqədar məlumat vermək və onları bu layihəyə cəlb etməkdən ibarət olub. Layihə çərçivəsində, tələbələr satış mövzusunda təlimləndiriləcək və bu işə marağı olan gənclər bir və ya iki ay müddətinə (dərs saatlarından kənar saatlarda) ödənişli xidmətə cəlb olunacaqları, layihənin sonunda iştirakçıların sertifikatla təmin olunacağı və həmçinin fərqlənən iştirakçıların gələcəkdə PashaPay MMC-də işləmək imkanı əldə edəcəkləri barədə geniş məlumat verilib.