" "Hesablama Palatası haqqında" qanunun 20.5-ci maddəsi var. Orada qeyd olunub ki, Milli Məclis Hesablama Palatasının iş planına təklif verə bilər. 9 ildir Hesablama Palatasının sədriyəm, hələ bir dəfə təklif olmayıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Hesablama Palatası ilə Milli Məclisin birgə işləməsindən söhbət gedir. Bu təklif ayrı-ayrı millət vəkilləri səviyyəsində olmalı deyil. Bu il 2 deputatın təklifi ilə iş planımıza nəzarət tədbiri daxil etmişik. Onlardan biri mətbuatda, digəri isə Milli Məclisdə çıxış edib. Lakin bu, konkretləşib sistem şəklində təklif oluna bilər", - deyə V.Gülməmmədov vurğulayıb.
Anar Kəlbiyev