Müdafiə Nazirliyinin məlumatına əsasən mart ayının 4-də xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək şəhid olan hərbi qulluqçu baş leytenant Hüseynov Kamran Namiz oğlunun 40 mərasimi qeyd olunub.
"Unikal" xəbər verir ki, şəhidin yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- muhafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Məlumat üçün bildirək ki, şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olub və xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Hüseynov Kamran Namiz oğlu 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid olan hərbi qulluqçumuzun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.