Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Agentliyin və Universitetin rəhbər şəxsləri,o cümlədən əməkdaşları iştirak ediblər.
"Unikal" xəbər verir ki, ATMU-nun rektoru İlham Mədətov və adıkeçən filialın müdiri Müseyib Əliyev çıxış edərək gənclər və digər iştirakçılarla əmək bazarının tələbləri və çağırışları barədə fikirlərini bölüşüblər. Əmək Yarmarkasında 30-a yaxın müəssisə tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş (əməkhaqqı 345-1200 manat) 300-dən çox vakansiya işaxtaran vətəndaşalara təqdim olunub.
İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.
Əlavə olaraq, tədbir iştrakçılarına Agentliyin fəaliyyət istiqamətləri və xidmətlərindən olan peşə hazırlığı kursları, peşəyönümü məsləhətlər və işəgötürənlərə maraqlı olan layihələr və digər aktiv məşğulluq tədbirləri barədə ətarflı məlumat verilib,həmçinin müvafiq xidmət göstərilib.