Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İnformasiya və idman hüququ” fənnini tədris edən idman hüquqşünası, vəkil Elcan Həsənli tərəfindən ASAPES SABAH S111A1 (Məşqçilik), S140A1 (İdman menecmenti və kommunikasiya) və S421A1 (İdman menecmenti və kommunikasiya) qruplarının tələbələri üçün “İdmanda əmək hüququ” mövzusunda seminar təşkil edilib.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, seminar zamanı idman hüququ sahəsinin aktuallığı, idmançının hüquqları, idmanda əmək hüququ, ortaya çıxan problemlərin hüquqi yollarla həll olunması və bu sahəni strukturlaşdıran ən mühüm kazuslar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib, sözügedən sahə üzrə mövcud olan aktual problemlər və maraqlı məqamlar barədə müzakirələr aparılıb.
Seminarın sonunda Elcan Həsənli auditoriyanı maraqlandıran sualları cavablandırıb.