Xəbər verdiyimiz kimi, Naxçıvan MR Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşən 2 hərbçisi Ermənistanda tapılıb.
"Unikal" xəbər verir ki, Ermənistan mətbuatı itkin düşən hərbçimiz Lənkəran sakini Hüseyn Əhliman oğlu Axundovun görüntüsünü yayımlayıb.
Videodan görünür ki, erməni tərəfi azərbaycanlı əsgərə işgəncə verib.
Gülayə Mecid