Norveç Rusiya səfirliyinin 15 əməkdaşını persona non-qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Onlar mümkün qədər tez ölkəni tərk etməlidirlər", - məlumatda deyilirı.
Eyni zamanda, Norveç Moskva ilə normal diplomatik münasibətləri saxlamaq niyyətindədir.
Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb ki, Rusiya tərəfi Norveçin səfirlik işçilərini persona non-qrata elan etmək qərarına cavab verəcək.
Ağarza Elçinoğlu