Sudanda hərbi əməliyyatların başlanmasından bəri 180-dən çox insan ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı BMT baş katibinin xüsusi nümayəndəsinə istinadən xəbər yayıb.
Qeyd olunub ki, toqquşmalarda 1800 nəfər yaralanıb.
10:09
Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında qarşıdurma nəticəsində 97 mülki şəxs həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qarşıdurma zamanı daha 365 nəfər yaralanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə, aprelin 13-dən ölkədə azı 83 nəfər həlak olub, 1100-dən çox insan isə xəsarət alıb.