Rusiya xarici işlər naziri Sergey Lavrov braziliyalı həmkarı Mauro Vieira ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Lavrovun Brazilyaya səfəri çərçivəsində baş tutub. Lavrov Rusiya Prezidenti Vladimir Putinin adından Braziliya lideri Lula da Silvanı ölkəsinə dəvət edib.
Tərəflər səfərin əlverişli tarixinin hazırlanması üzərində işləmək niyyətindədirlər.