"Ermənistan və Azərbaycan arasında sülh dialoqu regionun gələcəyi üçün vacibdir".
"Unikal" xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər nazirinin müavini Lord Əhməd Birləşmiş Krallığın parlamentində çıxışı zamanı bildirib.
O, Britaniya hökumətinin beynəlxalq vasitəçilik səylərini vurğulayaraq qeyd edib ki, Aİ, BMT və ATƏT iki ölkə arasında problemlərin həllində və yekun sülh müqaviləsinin imzalanmasında rol oynaya bilər.
"Böyük Britaniya hökuməti Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir", - deyə lord Əhməd əlavə edib.
Ağarza Elçinoğlu