2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə - 6 min tondan 723 min tona qədər artıb.

Həmçinin, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.