Almaniya kansleri Olaf Şoltsun həyat yoldaşı Brita Ernst Brandenburqun təhsil naziri vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.
Ernst ştatın baş naziri Dietmar Voytkaya istefa məktubu göndərib.
O, getməsinin səbəbini açıqlamayıb.
Almaniya Sosial Demokrat Partiyasının üzvü Ernst Frayberq nazir kimi Ernstin varisi olacaq.
Ağarza Elçinoğlu