SABAH qrupları tələbələrinin idman yarışları çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının(ASAPES) akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat və dama üzrə yarışlara start verilib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, yarışda ASAPES, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU), Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından (ADRA) olan 100-ə yaxın SABAH tələbəsi iştirak edir.