Bu gün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə -iqtisad” fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” adlı tələbə elmi-praktiki konfrans keçirilib.
"Unikal" xəbər verir ki, konfransı giriş nitqi ilə Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru prof. F.F.Möhbalıyev açaraq H.Əliyevin həyat və yaradıcıllığından geniş bəhs edib. Daha sonra Maliyyə və mühasibat uçotu kafedrasının müəllimlərinin hazırladıqları tələbələr - Eyvazova Minəxanım,Qəhrəmanlı Fuad, Məmmədova Fatimə, İsmayılova Arzu , Hüseynova Günəş, Qurbanova Aysel, Qədirova Xəyalə , Allahverdiyeva Aynurə, Məmmədova Rəqsanə, Məmmədova Röya müxtəlif mövzularda təqdimatlar edib.
Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilmişdir. Konfransın sonunda “Maliyyə -iqtisad” fakültəsinin dekanı dos.H.Ə.Mirzəyeva tələbələrə minnətdarlığını bildirərək, iştiraklarına görə sertifikatlarla təltif edib.