Respublika Perinatal Mərkəzində növbəti əyani Təməl həyat dəstəyi təlimi həyata keçirilib.
"Unikal" xəbər verir ki, Təməl həyat dəstəyi (BSL - basic life support) - sadə tibbi ləvazimatlar istisna olmaqla, tibbi cihaz və invaziv müdaxilə tətbiq etmədən nəfəs yolu keçiriciliyinin təmin edilməsi, tənəffüs və qan dövranının dəstəklənməsidir.
Təlim Keyfiyyətə nəzarətin idarə edilməsi komitəsi tərəfindən təşkil olunub, maarifləndirmə isə Respublika Perinatal Mərkəzin (ACLS Povider) sertifikasiyalı həkim - reanimatoloqu Aytən Amanlı tərəfindən həyata keçirilib.
Təlim əməkdaşlar tərəfindən maraqla qarşılanıb.