Güləşçimiz Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız əvvəlcə türkiyəli Evin Demirhana, 1/4 finalda isə fransalı Culye Sabatyeyə qalib gəlib.