“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsin baş həkimi Kəmalə Qurbanova tutduğu vəzifədən azad edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

K.Qurbanovanın vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.