`Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə "Unikal"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.