Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlərə xidmət göstərəcək.

Bu barədə "Unikal"a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

Qurumun əməkdaşları şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər.

Həmçinin abonentlərin nəzərinə çatdırır ki, aprelin 24-dən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək: “Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər".