Ramazan bayramı günlərində ölkə ərazisində gözlənilən hava şərati ilə bağlı proqnoz açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 21-də günün ikinci yarısında qısamüddətə şimal küləyinin güclənəcəyi gözlənilir. 22-24-də isə mülayim cənub küləyi əsəcək. Aprelin 21-i şimal küləyinin güclənməsi ilə əlaqədar havanın bir qədər sərinləşəcəyi, sonrakı günlərdə isə havanın maksimal temperaturunun 14-19°, 21, 23, 24-də 20-25 ° isti olacağı gözlənilir.
Naxçıvan bölgəsində aprelin 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 22-si gündüzdən 24-ü axşamadək yağıntılarda fasilə olacağı, hava şəraitinin sabitləşəcəyi gözlənilir. 24-ü axşam hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20°, bəzi yerlərdə 23-25° isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində aprelin 21-22-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabitləşəcəyi, yağıntılarda fasilə olacağı gözlənilir. 24-də axşam hava şəraitinin bəzi rayonlarda yenidən yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 8-13°, bəzi yerlərdə 15-18° isti olacaq.
Gəncə-Qazax zonasında aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 23-24-də gündüz hava şəraitinin nisbətən sabit olacağı, lakin əsasən axşam saatlarından bəzi yerlərdə yenidən qısamüddətli yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 18-23, bəzi yerlərdə 25°-dək isti olacaq.
Balakən-Şəki bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü yenidən axşam saatlarında hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 15-20° isti olacaq.
Quba-Qusar bölgəsində aprelin 21-i səhər saatlarından başlayaraq 22-si gündüzədək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 22-si gündüz yağıntılar tədricən kəsiləcək, hava şəraiti mülayimləşəcək, 23-24-də gündüz əsasən yağmursuz keçəcək. Lakin 24-ü axşam yenidən hava şəraitinin qısamüddətli dəyişəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 13-18° isti olacaq.
Mərkəzi Aran bölgəsində bayram günlərində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi 21-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 20-25° isti, bəzi yerlərdə 25°-dək isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-i gündüzdən 22-si gündüzədək havanın dəyişəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23° isti olacaq.