Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır.
Bakı Nəqliyyat Agentliyindən "Unikal"a verilən məlumata görə, 149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.