Bakının Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbinin I fənn qrupu üzrə ali məktəbə hazırlaşan XI sinif şagirdləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
"Unikal" xəbər verir ki, şagirdlər universitetin şəhərciyi, tədris binaları, laboratoriyaları, Heydər Əliyev muzeyi, Sərgi Salonu, Şəhidlər Xatirə Kompleksi və İdman Kompleksi ilə tanış olublar.
Məktəbliləri AzMİU-nun prorektoru Orxan Naqdiyev və Tələbə Həmkarlar Təşkilatı Komitəsinin sədir müavini Şahmar Rəfili qarşılayıblar.
Orxan Naqdiyev və Şahmar Rəfili məktəblilərə AzMİU, universitetin tədris prosesi, maddi-texniki bazası və tələbə həyatı haqqında geniş məlumat veriblər.
Görüş zamanı şagirdlərin sualları cavablandırılıb və onlar üçün AzMİU tələbələrilə ünsiyyət imkanı yardılıb.