İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində, zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.