Müharibə başlayandan bəri Ukrayna 2000-dən çox şəxsi Rusiyanın əsirliyindən azad edib.
"Unikal" xəbər verir ki, bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Bu müddət ərzində 2238 nəfəri əsirlikdən azad etdik. Mərkəz hər gün 24/7 işləyir. Bu 2238 nəfərdən 140-ı mülki şəxsdir", - prezident deyib.
Onun sözlərinə görə, ruslar Ukrayna hərbçilərinə işgəncə verməkdə davam edir.