"Fox" telekanalında yayımlanan "Mahkum" serialının final səbəbi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ekran işinin baş rol aktyoru İsmayıl Hacıoğlu danışıb:
"Reytinqlər yüksək idi, ssenaridə sıxıntı yaşandı. Ssenarist hekayənin ardını yaza bilmədi".
Qeyd edək ki, Onur Tunanın da baş rolunu canlandırdığı layihə 31-ci bölümdə izləyicilərinə vida edib.