Böyük Britaniya, ABŞ və Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit hissəsi) dörd üzvünə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, onlar insan haqlarının pozulmasında iştirak etdikləri və ya bu məsələdə köməklik göstərdikləri üçün məhdudiyyətlərə məruz qalıblar.
Sanksiyalar siyahısının yenilənmiş versiyası Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Bu barədə İsveçin Avropa İttifaqı (Aİ) Şurasındakı nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.
SEPAH komandiri Məhəmməd Nəzər Əzimi “Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə”, SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari “Məhabadda və Piranşəhrdə etiraz aksiyalarının yatırılmasına görə”, SEPAH-ın Markazi əyalətindəki komandiri Möhzən Kərimi “etirazların qəddarcasına yatırılmasına görə” və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kadem “Xuzestan əyalətinin İze şəhərində etirazların yatırılmasına görə” sanksiyalar siyahısına daxil edilib.
Tətbiq olunan sanksiyalar Böyük Britaniyada maliyyə aktivləri aşkar edilərsə, onların dondurulmasını, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsini nəzərdə tutur.
“İran rejimi İran xalqının vəhşicəsinə repressiya edilməsinə və qan tökülməsinin bütün dünyaya yayılmasına görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana, o cümlədən də bütün SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, - deyə Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
21:04
Britaniya İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinə sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Komandirlər İranda insan haqlarını pozmaqda ittiham edilir. SEPAH-ın "Mərkəzi" əyaləti üzrə qoşun komandiri Mohsən Kərimi, "Kərbəla" bazasının komandiri Əhməd Xadim, "Nəcəf Əşrəf" korpusunun regional bazasının komandiri Məhəmməd Nəzər Əzimi və Qərbi Azərbaycan əyaləti üzrə qoşun komandanı Həbib Şahsəvarinin adı "qara siyahı"ya salınıb.
2022-ci ilin oktyabrından Böyük Britaniya 70-dən çox iranlını sanksiya siyahısına daxil edib. Ümumilikdə siyahıda 300-dən çox adamın adı var.