ASAPES-də tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın bir qrup aktiv tələbəsi üçün “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyi tərəfindən təqdimat keçirilib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Tədbir zamanı İctimai Birliyin sədri Atanur Cəfərli beynəlxalq idman yarışlarının təşkilində azarkeşlərin və könüllülərin böyük rolunun olduğunu və onların dəstəyinin idmançılarımıza ruh yüksəkliyi verdiyini diqqətə çatdırıb.

Qurumun baş katibi Amal Əliyev və könüllülərlə iş üzrə menecer Fəzilə Ağayeva İctimai Birliyin məqsəd və iş prinsipi, könüllülərin fəaliyyət sahələri haqqında məlumat verilib. Könüllü fəaliyyətinə qoşulmaqda maraqlı olan Akademiya tələbələri üçün təşkilata üzv olmaq yolları izah edilib, onların sualları cavablandırılıb.