ASAPES Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində "İdman terminləri" mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, elmi katib, kafedra rəhbərləri, mərkəzin əməkdaşları və əlaqəli şəxslərin iştirak etdiyi tədbirdə yeni, mübahisə doğuran, beynəlxalq və milli terminlər ətrafında fikir mübadiləsi aparılıb, idman terminlərini özündə əks etdirən yeni vəsaitin çap edilməsi qərara alınıb.