Aprelin 25-də Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzi Parkda açıq havada “Oxu günü” təşkil olunub. “Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Regional Mədəniyyət İdarəsi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
"Unikal" xəbər verir ki, “Açıq kitabxana” adlı "Oxu günü"nün keçirilməsi uşaq və gənclərin elmə, təhsilə və kitaba olan marağının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi məqsədini daşıyıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun da iştirak etdiyi sərgidə Lənkəran rayonu üzrə bir sıra orta məktəblərin şagirdləri Ümummilli Liderə həsr olunan şerlər səsləndirib, dahi şair və yazıçılarımızın məşhur əsərlərindəki obrazları canlandırmağa çalışıblar.