
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən dəyişkən buludu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, axşama doğru buludluğunun artacağı, gecəyə doğru yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 13-18, bəzi yerlərdə 22 dərəcəyədək isti olacaq.
Sabah respublikanın bölgələrində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşama doğru bəzi yerlərdə yağıntı düşəcəyi proqnozlaşdırılır. Mülayim qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 4-9 isti, gündüz 10-15 , bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.