Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonun aztəminatlı ailələrinin uşaqları üçün Qaradağ Tibb Mərkəzində (Qobustan qəsəbəsi) xeyriyyə məqsədi ilə tibbi aksiya keçirilib.
"Unikal" xəbər verir ki, aksiyada iştirak edən rayon sakinləri bu nəcib addımı sevinc hissi ilə qarşıladılar. Valideynlər onların övladlarına göstərilən diqqət, qayğı və həssaslığa görə öz minnətdarlıqlarını bildiriblər.
Uşaqlar ilkin olaraq tibbi müayinələrdən keçirilib, daha sonra əməliyyat otağına aparılıblar. Əməliyyat xəstəxananın həkim - cərrahları tərəfindən, tam steril şəraitdə icra edilib. Aksiyada 50-yə yaxın balaca sakin sünnət olunub.
Uşaqlar tam sağalana qədər həkimlərin nəzarətində olacaqlar.