Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Bakı şəhəri Ramana qəsəbəsi ərazisində fəaliyyət göstərən Vüqar Əhmədov adına Qubadlı rayon Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbulda sakinlər tərəfindən qaldırılan 17 məsələdən 5-i yerində həll olunub, 7-i baxılması üçün nəzarətə götürülüb, 5 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.