"Kanal D" kanalında yayımlanan "Yarqı" serialının mövsüm finalının vaxtı bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi mayın 14-də 63-cü bölümü ilə izləyicilərə vida edəcək.
Serialdan aktyor Yurdaer Okur da ayrılacaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Pınar Dənizlə Kaan Urqancıoğlu paylaşır.