"Ali təhsilin keyfiyyətində ciddi problemlər var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, Elm və Təhsil Nazirliyi ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir.
"Proseslər çox ləng gedir. Elmlə bağlı ciddi bir iş görülməyib. Bu prosesdə də xeyli gecikirik. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və sertifikasiya edərək biliklərini yenidən yoxlayırıq".
Anar Kəlbiyev