"Müəllimin biliyi yoxlanmalıdır, ona uyğun olaraq əməkhaqqılarında dəyişiklik olunmalıdır. Ancaq nə dəyişib? Heç nə dəyişməyib. Kölgə təhsili geniş vüsət alır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Etibar Əliyev deyib.
O bildirib ki, repetitorluq daha da şiddətlənir:
"10-11-ci sinif şagirdlərinin davamiyyəti 40 faizdir. Onların 60 faizi məktəbə gəlmir. Məktəb təkcə test tapşırıqlarının uşaqlara vərdiş formasının alınması məkanı deyil".
Anar Kəlbiyev