Fransanın Strasburq və Marsel şəhərlərində səs verməyə gedən Türkiyə vətəndaşları PKK tərəfdarlarının hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, çəkic, bıçaq və çubuqla həyata keçirilən hücumlarda yaralananlar olub. Strasburqda səs verən 4 türk gənci yola çıxdıqdan sonra prezident Ərdoğanın seçki mahnısını ifa etməyə başlayıb. Bunu eşidən qrup əllərində çəkiclə avtomobilə hücum edib. Hücum edən 3 nəfər polis tərəfindən saxlanılıb.
Analoji hücumların Marsellə yanaşı Bordo bölgəsində də yaşandığı görüntüləri paylaşılıb.
Terror təşkilatı PKK tərəfdarlarının hücumu nəticəsində bəzi türk seçicilər yaralanıb.