ABŞ hökuməti qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcək.
"Unikal" xəbər verir ki, hökumətə yaxın mənbələrə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası qeyri-qanuni miqrantların ABŞ-dan deportasiya prosesini sürətləndirən qanunun ləğvindən əvvəl sərhədə nəzarəti saxlamaq üçün əlavə 1500 hərbçi yerləşdirib.
Qeyd olunub ki, hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır.
Yeni təyin olunmuş hərbi hissənin 90 gün ərzində sərhəd bölgəsində inzibati vəzifələrdə iştirak edəcəyi və heç bir hüquq-mühafizə funksiyasını yerinə yetirməyəcəyi paylaşılıb.
ABŞ mediasında son günlər ölkənin cənub sərhədindən hər gün təxminən 7 min qeyri-qanuni miqrantın gəldiyi və bu rəqəmin önümüzdəki həftələrdə artacağı gözlənilir.