Böyük Britaniya mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək kral III Çarlzın tacqoyma mərasiminə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələrini dəvət etməyib.
"Unikal" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, tədbirə Şimali Koreya və Nikaraquadan yüksək rütbəli diplomatlar dəvətlər edilib. Mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın dövlət başçısı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib.
III Çarlzın tacqoyma mərasimi anası Kraliça II Elizabetin (1926-2022) vəfatından 8 ay sonra, mayın 6-da keçiriləcək.