Fransanın "Paris Saint-Germain" klubu hücumçusu Lionel Messini Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün onu iki həftəlik oyunlardan kənarlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb .
Radiostansiyanın məlumatına görə, Messi Səudiyyə Ərəbistanının turizm səfiri statusuna görə Ər-Riyada getməli olub. Lakin o, bu barədə PSJ-nin prezidenti Nasser Əl-Xelayfiyə xəbərdarlıq etməyib. Nəticədə futbolçunun olmaması da bəzi futbolçuların və baş məşqçinin narazılığına səbəb olub.
Klub Messinin davranışını ciddi pozuntu kimi qiymətləndirib və onu iki həftə matçlardan və məşqdə iştirakdan uzaqlaşdırmaq qərarına gəlib. Həmçinin, argentinalı hücumçu diskvalifikasiya müddəti üçün maaşından məhrum edilib.