Efiopiyada federal hökuməti devirməyə cəhd edən 47 nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Efiopiya Müştərək Təhlükəsizlik və Kəşfiyyat Qrupu açıqlama yayıb.
Bildirilir ki, Amhara əyalətində hakim Rifah Partiyasının (PP) nümayəndəsinin öldürülməsindən sonra başladılan əməliyyatda 47 nəfər nəzarətə alınıb.
Açıqlamada “terrorçuların” xarici güclərlə işlədiyi və axtarışlarda çoxlu silah, bomba və peyk rabitə vasitələrinin tapıldığı bildirilib.