Türkiyədə prezidentliyə namizəd Vətən Partiyasının sədri Muharrem İnce, həmkarı CHP sədri Kemal Kılıçdaroğlunu tənqid edib.
"Unikal" xəbər verir ki, partiya lideri bu barədə seçki kampaniyası çərçivəsində Kocaeli şəhərinə səfəri zamanı bildirib.
O, Kılıçdaroğlunun səhv etdiyini açıqlayıb: "Davutoğlu, Babacan, Temel Karamollaoğlu, onların bütün səslərini toplasanız, 1 xal qazanmaz. Yalnız bir iş var idi. Biz formalaşacaqdıq. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Vətən Partiyası, cümhuriyyətçilər və kamalistlər ittifaqı. Bu, həqiqət idi. Amma etmədilər. İndi o, Ərdoğanın köhnələri ilə ölkəni xilas edəcək. Kılıçdaroğlu səhv etdi", - deyə İnce qeyd edib.
Ağarza Elçinoğlu