İran Prezidenti İbrahim Rəisi Suriyaya səfərə yola düşüb.
"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilir ki, Rəisi iki günlük səfər zamanı Suriya Prezidenti Bəşər Əsədlə görüşəcək. Tərəflər iki ölkə arasında strateji əməkdaşlığın, xüsusilə də iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı rəsmi danışıqlar aparacaq.