Serbiyanın paytaxtı Belqrad şəhərinin Vraçar rayonunda 7-ci sinif şagirdi məktəbdə silahlı insident törədib.
"Unikal" xəbər verir ki, 14 yaşlı yeniyetmənin şagirdləri atəşə tutması nəticəsində 9 nəfər ölüb. Ölənlərdən 8-i məktəbli, biri isə mühafizəçi olub.
Yaralı məktəblilər və müəllimlər təcili xəstəxanaya yerləşdirilib.
Məlumata görə, yeniyetmə narkotikin təsiri altında olub.
Ağarza Elçinoğlu