İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Hörmüz boğazından keçən neft tankerini ələ keçirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat dərc olunub.
Məlumata görə, tanker Panama bayrağı altında üzürmüş. 10-a yaxın SEPAH gəmisi boğazda tankerə yaxınlaşaraq, onu kursu dəyişərək İranın ərazi sularına doğru istiqamət almasına məcbur edib.
Qeyd edək ki, oxşar hadisə keçən həftə də baş vermişdi. Belə ki, İran donanması Marşal adaları bayraqlı tankeri ələ keçirmişdi.
Ağarza Elçinoğlu