Bakıda qadın intihar edib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 14 radələrində qeydə alınıb. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə, nömrəsiz fərdi evdə yaşayan, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında "şizofreniya paranoid" diaqnozu ilə qeydiyyatda olan və ambulator müalicə olunan, 1998-ci il təvəllüdlü Zərquliyeva Şahinə Müqəddəs qızının yaşadığı evdə, məişət əşyalarının saxlanıldığı saxlanc yerinin tavan hissəsindən naqillə özünü asaraq intihar edib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Murad İbrahimli